CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatıb

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanların idarə olunmasına 1950 nəzarətçi-müəllim cəlb olunub

BAKI, 23 iyun - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46 binada aparılıb.

İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim cəlb olunub.

Xəbər lenti
0