22:13 15 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
284 0 0

Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir

BAKI, 20 İyun — Sputnik. “Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Səyavuş Novruzov REAL TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".

Qeyd edək ki, artıq xeyli müddətdir ki, uşaq pulu ilə bağlı məsələ müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də, 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə də uşaqların yaş qruplarına görə təsnifləşdirilməsi və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi qeyd olunub.

Əsas mövzular