CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin sonunadək daha bir artım gözlənilir

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
Vüsal Qasımlı: "Bu ilin ilk dörd ayında Azərbaycanda əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyib"

BAKI, 19 iyun — Sputnik. "Bu ilin ilk dörd ayında Azərbaycanda əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyib. Əhalinin nominal gəlirləri 5,5 faiz artdığı halda inflyasiya 2,4 faiz təşkil edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair keçirilən mətbuat konfransında deyib.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müəllimlərin maaşı konkret nə qədər artacaq? - Açıqlama

"Proqnozlarımıza görə, əhalinin gəlirləri daha da sürətlə artacaq, inflyasiyanı daha böyük miqyasda üstələyəcək. Bu isə onu göstərir ki, Azərbaycanda əhalinin gəlirləri real ifadədə artır. Pensiyaların da ilin sonuna qədər artırılması gözlənilir" - deyə Vüsal Qasımlı diqqətə çatdırıb.

O bildirib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan çoxdur.

V.Qasımlı bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.

"Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək" - deyə icraçı direktor deyib.

Xəbər lenti
0