CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç milyondan çox vətəndaşımızın gəliri artır

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
Depuat: "Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. "Dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Sputnik Azərbaycan-a deyib.

Жители Баку у банкомата, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minimum əməkhaqqının artımı barədə dəqiq rəqəmlər açıqlandı - RƏSMİ

Deputat bildirib ki, minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır: "Minimum əmək haqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və s. əmək haqlarının 20-40% artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq".

"Bütövlükdə Prezidentin sərəncamları ilə əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əmək haqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq" - deyə deputat diqqətə çatıdırıb.

O vurğulayıb ki, 2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi: "Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əmək haqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu".

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların işçilərinin əməkhaqları artıb - SİYAHI

"Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir" - deyə deputat bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev da Sputnik Azərbaycan-a açıqlamasında, Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan növbəti sosial paketi çox müsbət qiymətləndirib: "Maaşların artımı təbii bir prosesdir, vaxtı çatmış bir prosesdir. Sual verirlər ki, əhalinin gəlirlərinin artması inflyasiyaya təsir edəcəkmi? Ölkə iqtisadiyyatının artım tempində vətəndaşların əmək haqları artmalıdır. İqtisadi islahatların bir göstəricisi də əmək haqlarının, gəlirlərin artmasıdır".

"Minimum aylıq əməkhaqqının artması orta aylıq maaşın artmasına təsir edəcək. Bu da ölkə iqtisadiyyatında inkişafı, əhalini rifahını təmin edir. Minimum aylıq əməkhaqqı qalxanda digər əmək haqları, minimum pensiyalar və digər pensiya növləri də qalxacaq" - deyə professor qeyd edib.

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM

Qeyd edək ki, Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Xatırladaq ki, dünən Prezident İlham Əliyevin imzaladığı 17 sərəncam ilə minimum əmək haqqı, müəllimlərin maaşları, bir sıra qurumların hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları artırılıb.

Xəbər lenti
0