CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyaya aparan yolu 5 günə düzəldəcəklər

© Sputnik / Murad OrujovРемонт дороги, фото из архива
Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 18 iyun — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Sabunçu rayonu Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bakıda yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan
Yeni yol təmiri başlayıb

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, analoji işlər Nərimanov rayonu Həsən Əliyev küçəsində axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Agentliyin digər məlumatına görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər saatlarından etibarən iyun ayının 22-nə kimi (5 gün) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci km-lik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.

Xəbər lenti
0