CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda məzunlar qəzaya uğradılar

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции
Сотрудник дорожной полиции - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. 

Lənkəran şəhərində məzunlar avtomobil qəzasına uğrayıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, qəza hadisəsi axşam saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hadisənin iştirakçısı olan qara rəngli "VAZ- 2107" markalı avtomobili Rövşən adlı şəxs idarə edib. Qəzaya səbəb isə sürücünün avtomobillə təhlükəli manevrlər etdikdən sonra idarəetməni itirməsi olub. Nəticədə avtomobil  yoldan çıxaraq aşıb.

Qəza nəticəsində yaralanan Lənkəran şəhəri  M.F.Axundov küçəsi, ev 13-də yaşayan 2001-ci il təvəllüdlü  Adil Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına  çatdırılıb.  A.Həsənzadəyə baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən qopması və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının bildirdiklərinə əsasən, avtoqəza zamanı Adil Həsənzadədən başqa avtomobildə daha üç məktəbli də olub. Lakin onlar xəstəxanaya müraciət etməyiblər. Xəsarət alan A.Həsənzadənin Lənkəran şəhəri 5 saylı tam orta məktəbin məzunu olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti
0