04:43 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

© Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
22 0 0

Nazirlik şəhid ailələri və Qarabağ əlillərinə bu il 800 mənzil verəcək

BAKI, 14 iyun — Sputnik. Bu ilin əvvəlindən Qarabağ müharibəsi əlillərinə 150, indiyədək isə ümumilikdə 6300-dək avtomobil verilib. Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 ədəd "Xəzər" markalı minik avtomobili təqdim edilib.

Nazirliyin Aparat rəhbəri Hidayət Abdullayev qurumun rəhbərliyi adından tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli liderimiz Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Milli Qurtuluş Günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrilib. Bu qayıdışdan sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna səfərbər olub. Eyni zamanda, həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarına başlanılıb.

  • Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub
    Qarabağ müharibəsi əlillərinə "Xəzər" markalı minik avtomobili hədiyyə olunub
    © Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
  • Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub
    Qarabağ müharibəsi əlillərinə "Xəzər" markalı minik avtomobili hədiyyə olunub
    © Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
  • Qarabağ müharibəsi əlillərinə Xəzər markalı minik avtomobili hədiyyə olunub
    Qarabağ müharibəsi əlillərinə "Xəzər" markalı minik avtomobili hədiyyə olunub
    © Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
1 / 3
© Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
Qarabağ müharibəsi əlillərinə "Xəzər" markalı minik avtomobili hədiyyə olunub

H.Abdullayev vurğulayıb ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin ulu öndərimizin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir. 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.

Əsas mövzular