20:23 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov

Nazirdən dərslərin sentyabrın 1-də başlaması təklifinə CAVAB gəldi

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
1672 0 0

Dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb

BAKI, 14 iyun — Sputnik. Təhsil naziri Ceyhun Bayramov dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan müraciətlərə münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, C.Bayramov deyib ki, nazirliyin bununla bağlı rəsmi mövqeyi dəfələrlə açıqlanıb.

"2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başayaraq, iyun ayının 14-nə kimi davam edir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün nəzərdə tutulur. 

Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil olunsun".

Nazir, həmçinin qeyd edib ki, dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: "Sentyabrın ilk 2 həftəsi ilə iyunun ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətliliyi ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

Əlaqədar

Təhsildə “1 sentyabr” problemi – Nazirlər Kabinetinə müraciət edildi
Teqlər:
Azərbaycan, məktəb, təhsil

Əsas mövzular