CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoxlanılacaq sahibkarlıq sahələrinin siyahısı genişləndi - SƏRƏNCAM

Abunə olmaq
Yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına da icazə veriləcək

BAKI, 13 iyun — Sputnik. Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına da icazə veriləcək.

Xəbər lenti
0