CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana gələn turistlərin sayı 3,8% artıb

© © AZAL mətbuat xidmətiHeydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli
Heydər Əliyev hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çin, Koreya və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım var.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda keçirilən 5-ci Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin deyib.

Zenqstşmid qeyd edib ki, 2018-ci ildə ölkəyə 2,8 milyon turist gəlib: “Çin, Koreya və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Eyni zamanda Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında da kifayət qədər artım qeydə alınıb”.

Xəbər lenti
0