CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yoxlama başlandı - Çimərliklər pulsuz olmalıdır

© Sputnik / Murad OrujovОтдыхающие на одном из бакинских пляжей, фото из архива
Отдыхающие на одном из бакинских пляжей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər

BAKI, 13 iyun — Sputnik. Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Mingəçevir su anbarının sahilində çimərlik - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çimərliklərdə hələ həkim yoxdur, ehtiyatlı olun

O bildirib ki, artıq agentlik çimərliklərdə monitorinqlərə başlayıb. Yoxlama Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Qurum çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən edəcək.

"Dövlət Turizm Agentliyi monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcək. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu bizdə də belə olmalıdır və bütün insanlar bundan yararlanmalıdırlar. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər",-  deyə o, qeyd edib.

K.Quluzadənin sözlərinə görə, Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri yayın sonunda hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək.

Xəbər lenti
0