CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qobustan dağlıq ərazi yanır – Helikopterlər göndərildi

© Photo : FHNQuba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi
Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, dağlıq ərazidə iki hektar sahədə quru ot və kol-kos yanır

BAKI, 13 iyun — Sputnik. Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə iki hektar sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0