21:44 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
101 0 0

Məşhur travel-şounun aparıcıları: “Sən möhtəşəmsən, Azərbaycan”

BAKI, 13 iyun — Sputnik. Rusiyanın məşhur teleaparıcı və blogger ailəsi - Aleksandra Korçagina və Sergey Belikov bal ayını Bakıda keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Azərbaycana səyahətləri barədə videohesabatlarını Youtube-dakı səhifələrinə yerləşdiriblər. Gənclər Bakıda Azərbaycan mədəniyyəti, tarixi, görməli yerləri və ölkənin unikal özəllikləri ilə tanış olublar.

Qonaqlar İçərişəhəri, Heydər Əliyev Mərkəzini, Yanardağ qoruğunu ziyarət ediblər, "Yaşıl bazar"dan isə Bakının məşhur pomidorlarını, narşərab, qara kürü və qarpız alıblar. Cütlük hətta populyar Azərbaycan plovu olan “Şahplov”u hazırlamağı da öyrənib. Korçagina və Belikov həmçinin Azərbaycanın məşhur kurort şəhəri Naftalanda olublar.

"Azərbaycan bizim mütləq yenidən qayıdacağımız ölkədir. O, bizim bütün gözləntilərimizi aşdı və stereotipləri darmadağın etdi. Sən möhtəşəmsən, Azərbaycan" - deyə onlar ölkəmiz haqqında ağızdolusu danışıblar.

Gənclər artıq uzun illərdir "S miru po nitke" travel-şousunun aparıcılarıdır. Onlar müxtəlif ölkələrə səyahət edərək onun haqqında fikirlərini bölüşürlər.

Əsas mövzular