CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yayın Azərbaycana gəlmə vaxtı açıqlandı

© Sputnik / Valery Titiyevsky / Mediabanka keçidДети купаются в фонтане, фото из архива
Дети купаются в фонтане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yay fəsli sentyabrın 23-dək davam edəcək

BAKI, 13 iyun — Sputnik. Gələn həftə Azərbaycana yay fəsli daxil olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, yay fəsli iyunun 21-də saat 19.54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.

İlan, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qızmar yay ayları başlayır: İlan sancması zamanı nə etməli?

14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay Günəş tutuluşu deyilir. Yəni yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Bu zaman ən qısa gecə, ən uzun gündüz yaşanır.

Bununla da yaz yay fəsli ilə əvəz olunacaq.

Qeyd edək ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.

Xəbər lenti
0