CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır

CC0 / StockSnap / PilotПилоты, фото из архива
Пилоты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uçuşlar iyulun 6-dan etibarən həftənin şənbə günləri həyata keçiriləcək

BAKI, 13 iyun — Sputnik. Rusiyanın “İrAero” şirkəti Bakı və Rostov arasında birbaşa aviareys açır.

Sputnik Azərbaycan şirkətin saytına istinadən xəbər verir ki, bir istiqamətdə biletin qiyməti 12000 rubldan (təqribən 316 manat) başlayır.         

Uçuşlar iyulun 6-dan etibarən "Sukhoi Superjet 100" təyyarələri ilə həftənin şənbə günləri həyata keçiriləcək. 

Самолет компании Turkish Airlines в небе - Sputnik Azərbaycan
“Türk Hava Yolları”na məxsus təyyarə qəza enişi edib

Uçuş müddətinin iki saat olacağı bildirilir. Bakıdan uçuş yerli vaxtla 12:50-də, Rostovda eniş isə yerli vaxtla 13:50-də olacaq.

Əks istiqamətdə uçuş Rostov vaxtı ilə 15:00-da, Bakı hava limanında eniş isə 18:20-də baş tutacaq.

"İrAero"nun baş direktoru Yuri Lapin yeni aviareysin açılışını şərh edərkən deyib ki, Bakı istiqamətində uçuşlar şirkət üçün artıq ənənəvidir.         

Onun sözlərinə görə, Bakı reysinə olan böyük tələbat yalnız Rusiya vətəndaşları ilə məhdudlaşmır.             

"Hazırda biz Azərbaycanın paytaxtına Çelyabinsk və Orenburqdan uçuşlar həyata keçiririk. İyunun 18-i isə Bakı-Yekaterinburq reysini açacağıq. Təyyarələrimizin göyərtələrində həm Rusiya regionlarının sakinlərini, həm də Azərbaycandan qonaqları görməyə şad olarıq", - deyə Lapin bildirib.

Reyslərin biletləri artıq şirkətin saytında satışdadır.

Xəbər lenti
0