CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə meşə xəbərdarlığı edildi

© Sputnik / İlham AhmadovMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər"

Sputnik Azərbaycan, İradə Cəlil

BAKI, 12 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə meşə yanğınları ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün nazirlikdə keçirilən tədbirdə bu məsələyə toxunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib ki, havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsi yaranıb: "Ona görə də, əhali, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar. Həmçinin təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".

Laboratoriya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli park və qoruqlarda monitorinqlərə başlanıb

Departament direktoru bildirib ki, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir: "Meşə yanğınlarının baş verməməsi və qarşısının vaxtında alınması məqsədilə Nazirlik tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub".

A. Qaraşov onu da qeyd edib ki, meşələrə yanacaq mənbəyi kimi baxılması düşüncəsi aradan qaldırılmalıdır. Onun sözlərinə görə, 2019-cu ildə meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kub metr oduncaq tədarükü nəzərdə tutulub, həmin ərazilər müəyyən edilib və artıq bu istiqamətdə işlərə başlanılıb: "İlk növbədə oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir. Rayon İcra Hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun veriləcək. Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud tələbatın çox cüzi bir hissəsini təşkil edir. Ümumiyyətlə meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın.

Xəbər lenti
0