CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentdən məktəblərlə bağlı vacib sərəncam

Abunə olmaq
Prezident İlham Əliyev yeni sərəncam imzalayıb

BAKI, 11 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

Последний звонок - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı məktəblərini nə qədər məzun bitirəcəyi açıqlandı

Sputnik Azərbaycan-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0