CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm üçün əhəmiyyətli yol təmir edilib

© © AAYDA-nin mətbuat xidmətiXudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir
Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir - Sputnik Azərbaycan
Abunə olmaq
Yolun qurulması yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlif yönlü, səmərəli işlərin reallaşması deməkdir

BAKI, 10 iyun — Sputnik. Prezident İlham Əliyevin tapşırığı ilə 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yolu yenidən qurulub.

KAMAZ - Sputnik Azərbaycan
RUSİYA
Yük maşını onu qovan yol polisinin üstündən keçdi – VİDEO

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edən Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə, bu yoldan istifadə edən vətəndaşlarımızın gediş-gəlişinə maneə yaratmadan icra olunub.

1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.

Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma işləri 180 min kv.m-dən çox sahəni əhatə edib.

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla dəniz turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlif yönlü, səmərəli işlərin reallaşması deməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.

Xəbər lenti
0