CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava 38 dərəcəyədək yüksələcək

© Sputnik / Murad OrujovЖаркая погода в Баку, фото из архива
Жаркая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Temperatur Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək

BAKI, 10 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib - Sputnik Azərbaycan
HADİSƏ
Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara dolu düşəcək

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 11-12-də meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0