CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü gözlənilən hava proqnozu açıqlandı

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAДевушка пьет воду в жаркую погоду, фото из архива
Девушка пьет воду в жаркую погоду, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah necə geyinməli və hara getmək mümkün olduğunu bilin

BAKI, 8 iyun — Sputnik. Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə Abşeronda 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Девушка отдыхают на пляже, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dənizə getmək istəyənlər üçün hava proqnozu

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

Xəbər lenti
0