CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğurlanan Zəhranın atası: "Qızımı diləndirirdi" - FOTO

© Sputnik / Zulfiyya QuluyevaZəhra atası Rəsul Bağırovla
Zəhra atası Rəsul Bağırovla - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan-ın əməkdaşı Zəhranın ailəsi ilə görüşüb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 iyun - Sputnik. Bakının Sabunçu rayonunda 4 yaşlı Zəhranın itməsi, hüquq-mühafizə orqanları tərəfindən tapılması geniş rezonansa səbəb olub. Sputnik Azərbaycan-ın əməkdaşı Zəhranın evində olaraq ailəsi ilə görüşüb.

Balaca Zəhra atası Rəsul Bağırzadəyə təhvil verilib - Sputnik Azərbaycan
HADİSƏ
DİN 3 yaşlı Zəhranın oğurlanması ilə bağlı məlumat yaydı - FOTO

Zəhranın anası Cəmilə Hüseynova deyir ki, hadisə 4 iyun saat 14 radələrində baş verib: “Mən Keşləyə işə getmişdim. Zəhranı isə həmişə olduğu kimi 11 yaşlı qızımın yanında qoymuşdum. Bacısı qonşuya, babasıgilə gedəndə uşaq evdə tək qalıb. Çox güman ki, o, bacısının arxasınca evdən çıxıb. Bacısı Nərmin evə gələndə Zəhranı görməyib. Nərmin qaçıb yaxındakı mağazaya. Mağazada satıcı deyib ki, Zəhra mağazaya gəlsə də onu evə göndərib. Bundan sonra evdəkilər əl-ayağa düşüblər. Əvvəlcə qəsəbədə axtarıblar. Amma sonra tapa bilməyəndə mənə xəbər verdilər. Başıalovlu evə gəldim. Polisə dərhal məlumat verdik. Polis qızımı "Neftçilər" metrostansiyası tərəfdən tapıb. Onu oğurlayan qadın uşağımın əlindən tutub diləndirirmiş”. 

© Sputnik / Zulfiyya QuluyevaZəhranın yaşadığı məhəllə
Zəhranın yaşadığı məhəllə - Sputnik Azərbaycan
1/3
Zəhranın yaşadığı məhəllə
© Sputnik / Zulfiyya QuluyevaZəhranın yaşadığı məhəllə
Zəhranın yaşadığı məhəllə - Sputnik Azərbaycan
2/3
Zəhranın yaşadığı məhəllə
© Sputnik / Zulfiyya QuluyevaZəhranın yaşadığı məhəllə
Zəhranın yaşadığı məhəllə - Sputnik Azərbaycan
3/3
Zəhranın yaşadığı məhəllə
1/3
Zəhranın yaşadığı məhəllə
2/3
Zəhranın yaşadığı məhəllə
3/3
Zəhranın yaşadığı məhəllə

Zəhranın atası Rəsul Bağırov isə bildirib ki, uşağının itməsindən axşam işdən evə gələndə xəbər tutub: "Bu işdə bizə çox kömək oldular. Sağ olsunlar, hər kəs Zəhranın axtarışına çıxdı. Polisimiz gecə-gündüz işlədi. Qızımı bizə qaytardılar”.

Xəbər lenti
0