CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda insanlar "bişəcək", rayonlara isə dolu düşəcək

CC0 / HelgaKa / SunЖара
Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Hava isti və küləkli olacaq

BAKI, 5 iyun - Sputnik. İyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
HADİSƏ
İsti, külək, yağış, dolu, duman, şimşək - Təbiət sabaha sürpriz hazırlayıb

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti təşkil edəcək.

Xəbər lenti
0