CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Ramazan bayramıdır

© AFP 2023 / Sanjay KanojiaNamaz
Namaz - Sputnik Azərbaycan
Abunə olmaq
İslam qaydalarına görə, Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir

BAKI, 4 iyun — Sputnik. Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva - Sputnik Azərbaycan
Ramazan orucunun fəlsəfəsi təkcə yeməkdən imtina etmək deyil

Sputnik Azərbaycan-ın məlumatına görə, Fitr bayramı (Şəvval ayının 1-i) Miladi təqvimlə iyunun 5-nə təsadüf edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-sı qeyri-iş günləridir.

Ramazan ayının başa çatması ilə əlaqədar saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

İslam qaydalarına görə, Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:

"Sübh açılınca, ağ sap qara sapdan fərqləninə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fitrə zəkatı ilə bağlı mübahisələrə son – Kimə və nə qədər verilməlidir

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Xatırladaq ki, Ramazan ayı mayın 6-da başlamışdı.

Xəbər lenti
0