CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fitrə zəkatı ilə bağlı mübahisələrə son – Kimə və nə qədər verilməlidir

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
İmkanı olan insanlar daha yaxşı olardı ki, qiyməti nisbətən baha olan, yəni xurma və kişmişin dəyərində fitrə zəkatı versinlər

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Bu gün “On bir ayın Sultanı” adlandırılan Ramazan ayı başa çatır. Ramazan ayının vacib əməllərindən biri oruc tutaraq Allaha ibadət etməkdirsə, digəri bu müqəddəs ayın son günündə fitrə zəkatı verməkdir. İslam dininin şərtlərinə görə, müsəlmanlar mübarək ayın sonuncu axşamı ailə üzvlərinin sayına uyğun fitrə çıxarmalıdırlar.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Ekspert Ramazan bayramında gözlənilən turist axınından danışdı

Amma hər zaman fitrənin məbləği və onun kimlərə verilməli olduğu ilə bağlı dindarlar tərəfindən müxtəlif fikirlər səsləndirilir. Bu il də istisna deyil və “fitrə nə qədər olmalıdır və kimə verilməlidir” sualı yenidən gündəmə gəlib. Sputnik Azərbaycan Ramazan bayramında fitrə-zəkatın necə çıxarılmalı olduğunu araşdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Əjdər bəy" məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Fitr bayramı ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək: "Bu münasibətlə həmin gün ölkə məscidlərində bayram namazı qılınacaq. Bayram namazlarının vaxtı məscidlərin özləri tərəfindən açıqlandığından fitrə zəkatını günortaya qədər sahiblərinə çatdırmaq daha məqsədəuyğundur. Çünki məscidlərdə bayram namazı səhər saat 08:00-09:00 aralığında qılınacaq ki, oruclu insanlar günorta bayram süfrəsi arxasında əyləşə bilsin. Amma fitrə zəkatını üzrlü səbəbdən çıxa bilməyənlər axşama və Ramazan bayramının ikinci gününə qədər onu sahiblərinə çatdıra bilərlər".

Axund bildirir ki, fitrə ailə üzvlərinin sayına uyğun çıxılmalıdır. O ki, qaldı fitrə zəkatının məbləğinə, İ.Səlimov deyir ki, Allah tərəfindən bununla bağlı üç cür şərt göstərilib: "Bu şərtə görə, hər bir təbəqə imkan olduğu qədər fitrə zəkatı verə bilər. Şəriətdə fitrə zəkatının dəyəri əsasən dənli bitkilərin çəkisinə görə hesablanır. Fitrə zəkatı üç kiloqram buğda, üç kiloqram düyü, üç kiloqram kişmiş və xurmanın dəyərində də ola bilər. İnsanlar imkanlarına görə, sadaladığımız nemətləri də fitrə zəkatı kimi verə bilər, onların dəyərini pula da çevirə bilərlər. Bu, təbii ki, imkana bağlı olan məsələdir. İmkanı olan insanlar daha yaxşı olardı ki, qiyməti nisbətən baha olan, yəni xurma və kişmişin dəyərində fitrə zəkatı versinlər. Nəzərə almaq lazımdır ki, fitrə sədəqə deyil. Fitrənin məramı ondan ibarətdir ki, ayırdığın pulla hansısa sosial baxımdan çətinlik içərisində yaşayan insanın evində bayram süfrəsi açılsın".

İ.Səlimovun sözlərinə görə, fitrə zəkatı bədənin zəkatı sayılır. Ona görə də, bunu başqa zəkatla qarışdırmaq düzgün deyil: "Fitrə zəkatı il ərzində insan salamat qalması üçün bədəninin zəkatı sayılır. Buna bədən zəkatı da deyirlər. İnsan özünü xəstəliklərdən sığortalamaqdan ötrü bir il üçün bədəninin zəkatını çıxaraq Allahdan bədəninin sağlam qalmasını diləyir. Bir də var malın zəkatı. "Qurani Kərim"də ayələrdə bu zəkatı böyük imkan sahiblərinin verməsi tövsiyə olunur. Yəni fitrə zəkatı ilə mal zəkatının bir-birinə aidiyyatı yoxdur. Fitrə zəkatı vacibdir ki, Ramazan bayramının axşamı çıxılsın. Mal zəkatını isə insanlar ilin istənilən ayında və günündə çıxa bilərlər. Belə imkanlı şəxslər malı, var-dövləti artdıqca, ona uyğun zəkat verir".

Fitrə zəkatının bəzən maddi imkanı olmayan hər kəsə verilməsinin mümkün olduğu söylənilsə də, axund bunun düzgün olmadığı qənaətindədir: "Fitrə zəkatı maddi imkanı zəif olan, eyni zamanda aşkarda günah etməyən, pis vərdişlərə aludə olmayan insanlara verilməlidir. Hətta insan müsəlman olmasa belə sadaladığım meyarlara uyğundursa, ona fitrə zəkatı verilə bilər. 

Qüds, arxiv şəkli - Sputnik Azərbaycan
İranda Ramazan ayının başa çatmasını özünəməxsus şəkildə qeyd edəcəklər
Bəzən fitrə zəkatını vermək üçün əlilliyi olan insanları axtarırıq. Bu yanaşma da doğru deyil. Dolanışığı çətin olan, illik gəliri ilə ailəsini, özünü dolandıra bilməyən insanlara fitrə zəkatı düşür. Mütləq deyil ki, onun əlilliyi olsun. Əsas odur ki, həmin şəxs Allahını tanısın, düz əməl sahibi olsun, əliəyriliyi olmasın və ehtiyac içərisində yaşayan biri olsun. Unutmayaq ki, bu bayram sosial bayramdır. Bayramın qayəsi insanların bir-biriləri ilə sosiallaşmasıdır".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür: "Fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükürün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxardıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür".

Xəbər lenti
0