CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində 39 dərəcə isti olacaq

CC0 / HelgaKa / SunЖара
Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Abşeron çimərliklərində gözlənilən hava şəraitini də açıqlayıb

BAKI, 3 iyun — Sputnik. Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq.  Mülayim şimal küləyi əsəcək.

Приморский бульвар в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həftənin ilk iş gününə gözlənilən hava proqnozu açılandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-50 faiz olacaq. 

İyunun 6-da hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq. 

Azərbaycanın rayonlarında iyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 05-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz  34-39, dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə  isti təşkil edəcək.

İyunun 5-6-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti də açıqlanıb. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  21-22 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0