CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.

BAKI, 1 iyun — Sputnik. 03 iyun 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmiryolları QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.

Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.

Cədvəl:

© Azerbaijan Railways CJSC03 iyun 2019-cu ildən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəli
Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi - Sputnik Azərbaycan
03 iyun 2019-cu ildən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkət cədvəli
Xəbər lenti
0