CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal rayonlarımız hücuma məruz qaldı - SOS

Abunə olmaq
Kəpənəklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir

BAKI, 31 may — Sputnik. Quba, Qusar, Xaçmaz rayonlarını kəpənək basıb. Sputnik Azərbaycan xəbər verir ki,Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov məlumat verib.

O bildirib ki, hazırda rayonlarda müşahidə edilən kəpənəklər zərərverici "kənd ayıcıq kəpənəyi"-dir. Bu kəpənəklər ilk dəfə 1980 –ci ildə müşahidə edilib.

"Əsasən bu kəpənəklər yaz vaxtı müşahidə edilir. Kəpənəklər yumurta qoyandan sonra tırtıllar yaranır və bu tırtıllar meyvə bağları üçün təhlükəlidir. Tumurcuqları və yarpaqları yeyir. Belə kəpənəklər İrandan, dəniz istiqamətindən gələ bilər. Ola bilsin ki, hardasa bunun yayılma arealı olub, küləklər gətirib. Kəpənəklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir" – deyə Mədət Qurbanov bildirib.

Xəbər lenti
0