CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sabunçu elektrik qatarlarının hərəkəti dayandırılır

© Sputnik / Anar MustafayevПоезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива
Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək

BAKI, 29 may - Sputnik. Təmirlə əlaqədar olaraq 31 may, 01,02 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları 30.05.2019-cu il tarixində hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.

Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək. 

Xəbər lenti
0