CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt polisi səfərbər edilib

© REUTERS / AZIZ KARIMOVФанаты ФК "Челси"
Фанаты ФК Челси - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Liqasının finalı ilə bağlı DİN səfərbər edilib

BAKI, 29 may — Sputnik. DİN vətəndaşlara və şəhərimizin qonaqlarına müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davan etdirir. Nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİN ağır statistikanı açıqladı: Ötən gün yol qəzalarında 8 nəfər ölüb

Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan "Fanzone"da, habelə "Sahil" bağı və "Qış Parkı"nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən yüksək səviyyədə təmin edilir. Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir. Həmçinin "FAN" zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədi ilə polis patrul kateri sutkalıq xidmətə cəlb edilib.

Qeyd edək ki, final oyununa qədər "Çelsi" və "Arsenal" komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol-patrul naryadları xidmətə cəlb edilib. Bununla yanaşı gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.

Yerli azarkeşlərin stadiona daşınması üçün metronun "Qara Qarayev" və "28 May" metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.

Oyun günü xarici azarkeşlərin stadiona təyin olunmuş yerlərdən daxil olmaları və onlar üçün ayrılmış sektorlarda yerləşdirilməsini təmin etmək üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Vətəndaşlardan və şəhərimizin qonaqlarından UEFA Avropa Liqasının finalına qədər və oyunu başa çatandan sonra "FAN" klub, habelə digər əyləncə məkanlarında, oyununun keçiriləcəyi Bakı Olimpiya stadionunun ərazisində polisin hüquqa zidd halların qarşını almaq üçün verdiyi qanuni əmr və göstərişlərinə əməl etmələri xahiş olunur.

Xəbər lenti
0