CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Xaş-xaş 2019”: 80 kiloqram narkotik məhv edildi

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidNarkotik tərkibli çətənə kollarının məhvi
Narkotik tərkibli çətənə kollarının məhvi - Sputnik Azərbaycan
Abunə olmaq
Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 May — Sputnik. “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif  yerlərində yabanı halda bitmiş çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0