10:00 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
107 0 0

“Azərbaycan Hava Yolları” QSC Azərbaycan cəmiyyətindən üzr istəyib

BAKI, 27 may — Sputnik. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportu
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məlumatı AZAL yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

"Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub", - AZAL-ın məlumatında bildirilb.

QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib: "Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.

Əsas mövzular