CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM imtahanlarla bağlı vacib məqam açıqladı

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul imtahanının 1-ci mərhələsində maksimal 300, 2-ci mərhələsində maksimal 400 bal toplamaq olar

BAKI, 27 may — Sputnik. Qəbul imtahanlarında istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal bal açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM saxta hesablarla bağlı xəbərdarlıq etdi

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edilib ki, Qəbul imtahanının 1-ci mərhələsində (buraxılış imtahanı) maksimal 300 bal toplamaq mümkündür.

Tədris dili fənni üzrə 30 tapşırıqdan 20-si qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 50 bal toplanıla bilər. Riyaziyyat fənni üzrə 25 tapşırıqdan 18-i qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 56.3 bal toplanıla bilər. Xarici dil fənni üzrə 30 tapşırıqdan 23-ü qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlardır. Bu tapşırıqlardan 62.2 bal toplanıla bilər. Bu mərhələ üzrə abituriyentlər toplaya biləcəkləri 300 baldan 168.5 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

Qəbul imtahanının 2-ci mərhələsində maksimal 400 bal toplamaq olar.

Bir fənn üzrə qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli 27 tapşırıqdan (22 qapalı + 5 ənənəvi açıq) 81.8 bal toplamaq mümkündür.

İmtahanda 3 fənn və 2 əsas fənn üzrə çəki əmsalının 1.5 olduğunu nəzərə alsaq ümumilikdə 327.2 bal toplamaq olur. Yəni abituriyentlər imtahanın ikinci mərhələsində toplaya biləcəkləri 400 baldan 327.2 balı qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər.

Beləliklə abituriyentlər imtahanın hər iki mərhələsi üzrə toplaya biləcəkləri 700 baldan 495.7 balı uzun illərdir istifadə olunan qapalı və cavabı kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan əldə edirlər. Onlar yeni növ yəni yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlardan 204.3 bal toplaya bilərlər.

Xəbər lenti
0