11:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Kredit razılaşması, arxiv şəkli

İqtisadçı kreditlərdə bağlı vacib sualı cavablandırıldı

© Sputnik / Aleksey Suxorukov
CƏMİYYƏT
Qısa URL
32 0 0

"Bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir" - Vüqar Bayramov

BAKI, 24 may — Sputnik. Artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb. Son günlərdə isə ən çox ünvanlanan sual belədir - Yeni qaydalara əsasən restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi?

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı olaraq iqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda şərh verib.

O qeyd edib ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və bu xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur: "Yeni mexanizmə görə, bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz. Eyni zamanda, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Amma əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaş ilə razılıq əldə etməzsə o zaman  restrukturizasiya müqaviləsi bağlamaya bilər".

"Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən, restrukturizasiya üçün bank ilə müştərinin öncədən razılığına ehtiyac var. Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiyası ilə bağlı yeni müqavilə imzalanıbsa, o zaman siz artıq zamin hesab edilmirsinz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa da belə sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz".

Əsas mövzular