CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Şamaxı yolunda hərəkət bağlanır

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidYolda təmir işləri, arxiv şəkli
Yolda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələri xahiş olundu

BAKI, 24 may — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. 

Xınalıq kəndinə gedən yol - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şad xəbər gəldi: Xınalığa yeni yol çəkilir

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00 dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

AAYDA qısa müddətlik yarana biləcək narahatlığa görə üzr istəyir və sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti
0