CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tağıyevin dövründən qalan çuqun borular əsl başağrısına çevrilib

© Azersu Open Joint-Stock Company"Azərsu" ASC-nın əməkdaşları yeni boru xətti çəkirlər
Azərsu ASC-nın əməkdaşları yeni boru xətti çəkirlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərsu" söz verir ki, paytaxtın su və kanalizasiya xətlərini mərhələli qaydada yeniləyəcək.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Bakı şəhərindəki su və kanalizasiya xətlərinin bir hissəsini istismar müddəti başa çatsa da, onlar istismar olunur. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bu boruların paytaxta hələ ötən əsrdə çəkilib. 

Azərsu ASC - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Azərsu” qalmaqallı təyinatla bağlı açıqlama verdi

Qeyd etmək lazımdır ki, məhz bu səbəbdən ayrı-ayrı rayonlarda çox tez-tez qəzalar baş verir. Nəticədə şəhər sakinləri su sarıdan xeyli korluq çəkmək məcburiyyətində qalırlar. Üstəlik, kanalizasiya xətlərində yaranmış problemlər də şəhər və yaşayış binalarının zirzəmilərinin çirkab sularına qərq olmasına səbəb olur.

Qəzalar qəza xidmətlərinin adi iş cədvəli vəziyyətinə gəlib. Qəzaların baş verməsi səbəbindən bu, yaxud digər rayona suyun verilməyəcəyi barədə elanlar gündəlik xəbərlər xronikasının bir hissəsi olub.

Anar Cəbrayıllı da sadaladığımız problemləri inkar etməyib. Onun sözlərinə görə, məsələ ondadır ki, "Azərsu" artıq bir neçə ildir su xətlərini yeniləyir, lakin onların hamısını eyni vaxtda dəyişmək mümkün deyil. Bunun üçün şəhərin bütün yollarını bağlamaq və yolları qazmaq tələb olunar.

"Qəzalar həmişə olur. Bizdə belə hallar, əsasən, köhnə xətlərdə, xüsusilə də sovet dövründən miras qalan borularda baş verir. Biz bu gün 50-60-cı illərdə çəkilmiş və hətta istismar müddəti bitmiş çuqun borulardan istifadə edirik" - deyə Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, hətta Bakının bəzi hissələrində, əsasən də mərkəzi hissəslərində Şollar suyu Bakıya çəkilən zaman, yəni 1917-ci ildə çəkilmiş su xətlərindən istifadə edilir. 

Bir sözlə, köhnə çuqun su boruları hələ də Bakının Səbail, Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında qalmaqdadır.

Bu gün "Azərsu"nun baş planında köhnə, istismar müddəti başa çatmış boruların yeniləri ilə əvəz edilməsi nəzərdə tutulub.

"Misal üçün 2018-ci ildə Babək prospektində təmir işləri aparılıb. Orada mövcud iki çuqun və bir polad su borusu ləğv edildi, əvəzində yeni polad magistral çəkildi. Analoji iş Bülbül, Nizami, Atatürk prospektlərində, Mir Cəlal və Təbriz küçələrində görülüb. Bəzən yollarda təmir işləri aparılarkən biz orada təftiş işləri və zərurət olduğu halda boruları dəyişirik" - deyə Cəbrayıllı əlavə edib. 

Вода из-под крана - Sputnik Azərbaycan
"Azərsu" xəbərdar edir: Su olmayacaq

"Azərsu" sözçüsünün dediyinə görə, bu gün paytaxtın su sistemini, tamamilə yeniləmək üçün bir neçə milyard manat vəsait tələb olunur. Hələ heç kəs dəqiq deyə bilməz ki, təmir üçün nə qədər pul lazımdır. Praktiki olaraq "Azərsu" ASC-nin mövcud olduğu 15 il ərzində Bakıda və regionlarda su xətləri sisteminin yaxşılaşdırılmasına 6 milyard manat xərclənib.

Qeyd etmək lazımdır ki, hazırda su infrastrukturu Xəzər rayonunun yeddi, Suraxanı rayonunun beş, Binəqədi, Abşeron rayonlarının qəsəbələrində yaxşılaşdırılır.

Yaxın günlərdə idarə şəhərin problemli ərazilərindən biri olan Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yenilənmiş su şəbəkəsini mərkəzi su sisteminə qoşmaq niyyətindədir.

Bununla bərabər, ASC-nin Bakıda görəcəyi işlərin 60-70%-ə qədəri qalmaqdadır.

Xəbər lenti
0