11:59 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Ağac tingləri, arxiv şəkli

Proqram hazırlandı: 7 min hektar əraziyə ağac əkiləcək

© TREND
CƏMİYYƏT
Qısa URL
16 0 0

Rasim Səttarzadə: “Yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb”

BAKI, 22 may — Sputnik. "Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. 

Şöbə müdiri bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur: "Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır. Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb".

O qeyd edib ki, Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır.

Rasim Səttarzadə deyib ki, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalını müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qaz həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".

Əsas mövzular