00:38 21 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
Tahir Əmiraslanov

"Restoranları 23 təşkilat yoxlayır, bir də mənmi üzərilərinə çöküm?!"

© Sputnik / Nigar Maharram.
CƏMİYYƏT
Qısa URL
3244 0 0

Tahir Əmiraslanov: "Dünya Kulinariya Assosiasiyasında haqqımda şübhələr yaratmağa çalışırlar"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Son günlər mediada Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun müxtəlif hücumlara məruz qalması ilə bağlı məlumatlar paylaşılır. Mediada dərc olunan məlumatlara görə, T.Əmiraslanovdan Dünya Kulinariya Assosiasiyasına şikayətlər də edilib.

Bu şikayət mətnlərində Tahir Əmiraslanovun kitablarında müəyyən səhvlərə yer verildiyi, onun gənclərin inkişafına mane olduğu iddia edilir. Məktublarda T.Əmiraslanov "qəsbkar" adlandırılır. Qarşı tərəf isə bu iddialara cavab olaraq onları məhkəməyə verib. 

Qaxda milli mətbəx bayramı
© Sputnik / Shahperi Abbasova

Sputnik Azərbaycan-ın əməkdaşı bu iddiaların nə qədər əsaslı və əsassız olduğunu aydınlaşdırmaq üçün Tahir Əmiraslanovla həmsöhbət olub. Və o, söhbətə belə başlayıb:

- Fərhad Aşurbəyli, Orxan Muxtarov adlanan bu şəxslərin Turizmə və Milli Mətbəxə Dəstək İctimai Birliyi var. Onlar bu ictimai birliyin adından Dünya Kulinariya Assosiasiyasına şikayət ediblər. Bu şikayət məktubunda isə onlar öz fəaliyyətləri ilə bağlı qeyd verərək bildiriblər ki, yaratdıqları təşkilat 2018-ci ilin avqustundan etibarən dövlət turizminin inkişafı ilə məşğuldur. Fəaliyyətimlə bağlı olaraq isə yazdığım reseptlərdə müəyyən səhvlərin olduğunu qeyd ediblər. Məsələn, dolma ilə bağlı hazırladığım kitabımda səhvlərin olmasını vurğulayıblar. İddia edirlər ki, mənim pip dolma haqda yazdığım resept səhvdir. Bu şəxslər, hətta pip dolmanın reseptinin kim tərəfindən hazırlanaraq restoranlara təqdim edildiyini də bilmirlər.

Ünvanlanan məktubda yazılır ki, nə üçün sarımsaq reseptdə 10 qram yazılıb? Bu şəxslər başa düşmür ki, 10 qram sarımsaq bruttoda təmizləndikdən sonra orada 6 qram qalır. O adam bilmir ki, milli mətbəx üçün olan kitabla ictimai-iaşə müəssisələri üçün hazırlanan reseptlər fərqlidir. Eyni zamanda, çığırtma ilə bağlı kitabımda da səhvlərin olduğunu qeyd ediblər. Onların xəbəri belə, yoxdur ki, dünya qurman kitabları sırasından dolma haqda hazırladığım kitab 5 minlik siyahıda ilk üçlüyə daxil olub.

- Bəs, onların təhsili necə, varmı?

- Onlar peşə məktəbini bitiriblər, heç bir ali təhsilləri yoxdur. Elə məhz buna görə də nələrəsə can atırlar. Əslində, onların mənim kitabımı müzakirə etməyə savadları çatmaz. Amma buna baxmayaraq, onlar özlərini dövlət turizmi təşkilatının sədrinin müavini adlandırır, özlərini başqa cür qələmə verirlər.

- O şəxslər sizinlə çalışıblar? 

Bakıda Kulinariya günü: qonaqları nə ilə valeh etdilər
© Sputnik / Kamilla Əliyeva / Тaleh Mahmudov

- O şəxslər mənimlə birgə çalışa bilməz, onlar yalnız döyüşə bilərlər. Mənə müxalif olan, dövlətçiliyə əks olmayan hər kəsə dəstək olmağa çalışmışam. Eybi yox, qoy, mənə müxalif olsunlar, bəyənməsinlər. Təsəvvür edirsiniz, bir həftədə əleyhimə üç yazı verildi. Kişinin arxasınca danışırlarsa, demək ki, qabaqdadır. Kimsə məni bəyənməyə məcbur deyil. Publik şəxsəm deyə belə şeylərə dözümlüyəm. Mənə xəyanət də ediblər. Təsəvvür edin, dost, qohum bildiyim şəxslər mənə xəyanət ediblər.

- Onlar təşkilata müraciət etməsəydi necə, məhkəməyə üz tutardınızmı?

- Dünya Kulinariya Assosiasiyasına müraciət etməsəydilər, heç zaman onları məhkəməyə verməzdim.

- Onlar iddia edirlər ki, siz hər vasitə ilə mane olmağa çalışırsınız.

- Onlar deyirlər ki, Tahir müəllimi yıxıb yerində oturmalıyıq.

- Təşkilatları ilə bağlı xahişlərini rədd etdiyinizi, diplom satdığınızı da iddia edirlər.

- Mən bu şəxslərin təmsil etdikləri təşkilatı ictimai təşkilat olaraq qəbul etmirəm. Deyirlər ki, mən onların xahişlərini rədd edirəm. İddia edirlər ki, mən kifayət qədər təcrübəsi olmayanların xaricə səfər etməsi üçün imkan yaratmışam. Bu, yalandır. Çünki heç zaman təcrübəsiz birini yarışlar üçün xaricə aparmamışam. Sadəcə olaraq onlar Dünya Kulinariya Assosiasiyasında haqqımda şübhələr yaratmağa çalışırlar. İddia edirlər ki, guya diplom satıram. O zaman mən deyirəm, sübut edin ki, Tahir Əmiraslanov diplom satıb.

Bundan başqa assosiasiyadan uzaqlaşdırılmaları ilə bağlı da fikir bildiriblər. Fərhad Aşurbəyli deyir ki, üzvlük haqqı ödəmədikləri üçün mən onları assosiasiyadan uzaqlaşdırmışam. Bu adam iki il yarım üzvlük haqqını ödəməyib. Gəncləri dəstəkləmədiyimi iddia etsələr də, mən bu günədək nə qədər gənci yarışlara yollamışam. Heç özüm bu yarışlara getməmişəm. Təkcə Türkiyədəki yarışdan gənclər 9 qızıl, 6 gümüş, 1 bürünc medal gətirib. 

Uşaqların çoxunu xaricdə təhsil almağa yollamışam. Çox zaman tələbələrin ödənişlərinə də kömək etmişəm. Bunun nəticəsidir ki, bu gün yetirmələrim nazirliklərdə işləyirlər. Mən təkcə yarışlarla məşğul olmuram. Yarışlar bizim işimizin kiçik bir hissəsidir. Eyni zamanda da araşdırmalarla məşğulam, kitablar yazıram. İstəyirik ki, dünya Azərbaycan mətbəxi ilə qloballaşsın. Amma bütün bu səylərimizin qarşılığında onlar haqqımda olmayanları söyləyirlər.

- Bildiyimə görə, o şəxslərdən birinin həyat yoldaşı da sizin yetirməniz olub.

- Orxanın yoldaşı da kulinar deyildi. Onu mən öyrətdim. Apardım yarışa və qızıl medal aldı. Mən öyrətməyi bacarıram. Bilirsiniz necədir, bu gün aşpaz yarışda medal qazanmasa, sabah bunu əldə edə bilər. Bu, elə də qlobal məsələ deyil. Zaman keçdikcə öyrənəcək, təkmilləşəcək və medalını da alacaq. Necə ki, ayıya motosiklet sürməyi öyrədirlər. Əsas olan strateji məsələdir.

- Təhsillə bağlı demişkən, onlar iddia edirlər ki, gənclərin təhsilinin daha da yaxşılaşdırılmasına da mane olursunuz.

- Onlar iddia edirlər ki, mən məntiqə uyğun olmayan qərarlar verirəm, aşpazlar, onların müdafiəsi və təhsili üçün şəraiti yaxşılaşdırmaq əvəzinə, bu sahədə çalışan bütün təşkilatlar və şəxslərin işinə müxtəlif yollarla müdaxilə etməklə məşğulam. Mən bu vaxtadək kimin işinə müdaxilə etmişəm? Hətta bu 30 ildə bir dəfə də olsa, gedib restoranları monitorinq etməmişəm. Bir adam deyə bilməz ki, monitorinq adı ilə haranısa yoxlayıb nəsə yazmışam. Çünki onsuz da restoranları 23 təşkilat yoxlayır, soyur. Bundan öncə özümün 23 obyektim, restoranım olduğu üçün bu prosesdən xəbərdaram. Hər ay 23 təşkilatdan gələrək şirkətimi yoxlayırdılar. O zaman və indi də çalışmışam ki, restoranlara dəstək olum.

- Həmin şəxslərin özləri ilə bağlı nə kimi məlumatınız var? 

- Fərhad və Orxan heç biri əsgər getməsə də, bu sahədə çalışırlar. O zaman belə bir sual ortaya çıxır: xəstə adam bu sahədə necə işləyir? Təmsilçisi olduğu təşkilatla bağlı olaraq onu deyə bilərəm ki, əsas işləri məhz bizi söyməklə məşğuldur.

- Son olaraq istəyərdim uğurlardan da danışasınız.

- Biz Azərbaycan aşpazlarına həsr olunan ilk elektron portalı maliyyələşdirmişik. Bundan başqa, Azərbaycan aşpazlarının ilk irimiqyaslı konqresini keçirmişik. Kulinariya ilə bağlı müxtəlif tövsiyələrimizi də irəli sürmüşük. Bu gün biz bir neçə təşkilat yaratmışıq. Həmin təşkilatlar türk mətbəxinin dünyada tanıdılması ilə məşğul olacaq.

P.S.

Sputnik Azərbaycan olaraq qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Əlaqədar

Molekulyar kulinariya: nar jelesi
Molekulyar kulinariya: yumurta
Molekulyar kulinariya: ağ şokolad spagettisi
Kulinarlarımız İsveçrəni fəth edirlər
Teqlər:
şübhə, Tahir Əmiraslanov, iddia, kulinariya, yemək

Əsas mövzular