CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin ilk üç ayı ərzində Azərbaycanda doğulan uşaqların sayı açıqlandı

CC0 / Pixabay / babyKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 32 min 402 körpə doğulub

BAKI, 19 may - Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 32 min 402 körpə doğulub. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəmdir.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, cari ilin birinci rübündə ölkədə 14 min 811 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.

Xəbər lenti
0