01:04 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
İş yerində təhlükəsizlik tədbirlərinə əməl olunması

“Onlara süd də verilməlidir” – Zərərli yerlərdə işləyənlərə hansı güzəştlər var

CC0 / Wolfgang Eckert / Roofers
CƏMİYYƏT
Qısa URL
1750 0 0

İş yerlərinə görə, işin sağlamlıq üçün təhlükəlilik dərəcəsinə görə işçilərə verilən məhsullar fərqlidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Rusiyada bundan sonra sağlamlıq üçün təhlükəli olan iş yerlərinin sayı məhdudlaşdırılacaq. Bu barədə bir müddət öncə Rusiyanın Əmək və Əhalinin Müdafiə naziri Maksim Topilin bildirib. O, qeyd edib ki, iş şəraitinin qeyri-adi, təhlükəli olduğu iş yerləri tədricən dövriyyədən çıxarılmalıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda insan sağlamlığı üçün iş yerləri hansılardır və bu şəxslərə nə kimi güzəştlər var?

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanda sağlamlıq üçün zərərli olan iş yerlərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

"Siyahı 1 və 2 nömrəli olaraq, iki hissəyə ayılıb. Bir nömrəli siyahı daha zərərli iş yerləridir. Bu siyahıda yer alan içlərdə işləyən şəxslər daha tez təqaüdə çıxırlar. İş rejimi də digər iş yerlərindən fərqlənir. Şaxta işləri, yeraltı işlər, tunellərin qazılması, kimyəvi məhsulların istehsal və emal olunduğu sexlər, fabrik və zavodlar insan sağlamlığı üçün zərərli hesab edilən iş yerləridir. Ancaq bütün dünyada bu iş yerlərinin ləğvi istiqamətində işlər görülə bilməz. Çünki bu sahələr önəmli hesab edilən sahələrdir", – deyə Məmmədov bildirib.

O, qeyd edib ki, bu sahədə zərərin minimuma endirilmsəi istiqamətində müəyyən işlər aparıla bilər. Məsələn, Azərbaycanda elə iş yerləri var ki, ilk baxışda insan sağlamlığı üçün təhlükəli deyil. Bura inşaat sahəsini aid etmək olar. Lakin əməyin mühafizəsi qaydalarına riayət edilmədiyi üçün bu iş insan sağlamlığı üçün ən təhlükəli iş yerinə çevrilib.

"Əməyin mühafizəsi qaydaları kobud şəkildə pozulan iş yerləri özü təhlükəli olmasa belə, sonradan insan həyatı üçün təhlükəli iş yerinə çevrilir. Bu sahədə isə ölkədə demək olar ki, heç bir görülmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturu olsa da, səriştəli kadrları yoxdur", – deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" 2004-cü ildə təsdiq edilib. Bura dağ-mədən işləri, yeraltı dağ-mədən işləri, yeraltı üsulla civə filizlərinin çıxarılması, İstismar olunan və tikilməkdə olan karxanalar, açıq dağ-mədən, eləcə də dağ-mədən şaxta səthi işləri və geoloji kəşfiyyat, geoloji kəşfiyyat işləri, qırıntıların işlənməsi və hazırlanması və s. iş yerləri daxil edilib.

Siyahıda işin ağırlığına görə, əlavə məzuniyyət günlərinin sayı da açıqlanıb.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, 2017-ci ildə "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı" və "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları" təsdiq edilib.

"Qərara görə, əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı ərzində 0,5 litr pulsuz süd verilməlidir. Hətta qeyd edilib ki, pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir", – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.

"Qərarda həmçinin qeyd edilib ki, 0,5 südün əvəzinə işçilərə 500 ml qatıq məhsulları, 150 qram kəsmik, xama, 60 qram yağlılığı 24 faizindən az olmayan pendir verilə bilər. Südün əvəzinə başqa yeyinti məhsulu da verilməməlidir", – deyə hüquqşünas vurğulayıb.

O, həmçinin əlavə edib ki, qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq və bununla yanaşı 2 qram petkin verilməlidir. Petkinin əvəzinə müxtəlif tərəvəzlərdən hazırlanmış salat və ya təmiz mətli 250-300 ml meyvə şirəsi verilməlidir.

"Yəni, iş yerlərinə görə, işin sağlamlıq üçün təhlükəlilik dərəcəsinə görə işçilərə verilən məhsullar fərqlidir. Məsələn, antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilə bilər. Yaxud domna istehsalı, poladəritmə və dəmirəritmə, yayma və boruyayma, yeyinti sənayesi, çörək bişirmə işlərində çalışan işçilərə vitaminli preparatlar verilməlidir", – deyə hüquqşünas vurğulayıb.

Əsas mövzular