08:15 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident iki rayonun icra başçısını dəyişdirdi

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
237 0 0

Saatlı və Sabirabadın icra başçıları dəyişdirilib

BAKI, 17 may - Sputnik. Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısının başqa bir sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Əsas mövzular