CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın mühüm küçələrindən birində işıqforlar işləmir - RƏSMİ

© Sputnik / Anar MustafayevСветофор на проспекте Матбуат в Баку
Светофор на проспекте Матбуат в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır

BAKI, 17 may - Sputnik. Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində işıqforlar fəaliyyət göstərmir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Sürücülərdən xahiş olunur ki, işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.

Xəbər lenti
0