17:14 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Hava limanı

"Avtovağzala və aeroporta qısa müddətlik daxil olub-çıxanlardan ödəniş almaq düzgün deyil”

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
268 0 0

Millət vəkili: "Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda belə, pul ödənilir"

BAKI, 17 may - Sputnik. Millət vəkili Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığı qənaətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında bu barədə məsələ qaldırıb. O deyib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda belə, pul ödənilir.

“Vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil” - deyə F.Mustafa bildirib.

“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur” - o əlavə edib.

Teqlər:
Fazil Mustafa, ödəniş, hava limanı, Avtovağzal

Əsas mövzular