08:18 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Ət satışı

Yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşib

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
28 0 0

Qida təhlükəsizliyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına görə dövlət rüsumu tutulacaq

BAKI, 17 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" qanunlarda dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "Dövlət rüsumu haqqında" qanunun icrası ilə əlaqədardır. 

Dəyişikliyə görə, "Yeyinti məhsulları haqqında" qanuna aşağıdakı məzmunda 7.5-ci maddə əlavə edilir: "7.5. Qida təhlükəsizliyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, reyestrdən çıxarışın dublikatının verilməsinə və  reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə) görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.".

"Baytarlıq haqqında" qanuna 39.3-cü maddəsi aşağıdakı redaksiyada verilir: "39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Əsas mövzular