17:01 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Oğurlanan avtomobil

Avtomobil oğurlayan mütəşəkkil dəstə zərərsizləşdirilib

© DİN-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
37 0 0

Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub olmaması istiqamətində tədbirlər davam etdirilir

BAKI, 16 may — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, cari ilin aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

  • Saxlanılan cinayətkar dəstə
    Saxlanılan cinayətkar dəstə
    © DİN-nin mətbuat xidməti
  • Saxlanılan cinayətkar dəstə
    Saxlanılan cinayətkar dəstə
    © DİN-nin mətbuat xidməti
  • Oğurlanan avtomobil
    Oğurlanan avtomobil
    © DİN-nin mətbuat xidməti
  • Oğurlanan avtomobil
    Oğurlanan avtomobil
    © DİN-nin mətbuat xidməti
  • Oğurlanan avtomobil
    Oğurlanan avtomobil
    © DİN-nin mətbuat xidməti
  • Taleh Atakişiyev
    Taleh Atakişiyev
    © DİN-nin mətbuat xidməti
1 / 6
© DİN-nin mətbuat xidməti
Saxlanılan cinayətkar dəstə

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları "Vaz 2109" markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hal-hazırda onun vəziyyəti stabildir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub olmaması istiqamətində tədbirlər davam etdirilir.

Əsas mövzular