CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış polis generalının qohumu saxlanıldı - RƏSMİ

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli saxlanılıblar

BAKI, 15 may - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb. 

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
"Səbiş" iş başında həbs edildi - FOTO

Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib.  

Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumata əsasən, saxlanılmış İsa Əzizov iş adamı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Nadir Əzizovun oğlu və Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevlə deputat Adil Əliyevin qohumudur. Onun adı indiyədək bir neçə bu tipli olayda hallanıb.

Xəbər lenti
0