CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan 100 min “Kalaşnikov” istehsal edib

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidАвтомат Калашникова АК-308
Автомат Калашникова АК-308 - Sputnik Azərbaycan
Abunə olmaq
“Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”

BAKI, 15 may — Sputnik. Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib. 

Minsk şəhərində “MILEX-2018” beynəlxalq silah və hərbi texnika sərgisi - Sputnik Azərbaycan
Azərbaycan Belarusa silah aparır

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.

Xatırladaq ki, Minskdə “MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.

Xəbər lenti
0