00:25 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Manatlar

Beş yüz mindən artıq vətəndaşa kompensasiya ödənilib

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
34 0 0

Ümumilikdə 300 minədək vətəndaşla yeni müqavilənin imzalanması nəzərdə tutulub

BAKI, 14 may — Sputnik. Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı fərmanının icrası davam edir. Sputnik Azərbaycan xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə rəisi Orxan İsmayılov prosesin gedişatı ilə bağlı Real TV-yə açıqlama verib. 

O, bu günə olan rəqəmləri açıqlayıb: "Problemli kreditlərin həlli ilə bağlı bu günədək 506 mindən artıq vətəndaş kompensasiyadan yararlanıb. Kompensasiyanın, ümmilikdə 602 min 43 nəfəri əhatə edəcəyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu günədək olan rəqəmlər, ümumilikdə 84 faiz təşkil edir".

"Artıq restrukzisasiya prosesinə başlanılıb. Vətəndaşlar 31 dekabradək yeni müqavilələrini imzalaya biləcəklər. Ümumilikdə isə 300 minədək vətəndaşla yeni müqavilənin imzalanması nəzərdə tutulub" – deyə O.İsmayılov əlavə edib.

MBNP rəsmisi, həmçinin artıq vətəndaşların müraciətlərinin cavablandırılması prosesinə başlanıldığını da vurğulayıb: "Ünvanlanan suallara verilən cavabı isə vətəndaşlar şəxsi kabinetlərindən əldə edə bilərlər".

Əlaqədar

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılır
Millət vəkili problemli kreditlərlə bağlı görülən işləri şərh etdi
Problemli kreditlərlə bağlı yeni xəbər var - Dövlət qurumunun əməkdaşı açıqlayır
Teqlər:
vətəndaş, kompensasiya, MBNP, kredit

Əsas mövzular