CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda 2 nəfəri ilan sancıb

CC0 / Cuyahoga / Snakeİlan, arxiv şəkli
İlan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir nəfər evə buraxılıb, bir nəfərin vəziyyəti isə ağırdır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 may— Sputnik. Lənkəranda 2 ilan sancma hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, müxtəlif saatlarda Lənkəran rayonunun 2 kəndində ilan sancması baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Nərimanabad qəsəbə sakini Elşən Fədail oğlu Əhmədov və 1994-cü il təvəllüdlü Diryan kənd sakini Ülkər Əzizağa qızı Əhmədova ilan sancması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Zərərçəkmişlərdən E.Əhmədov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan Ü.Əhmədova isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xəbər lenti
0