12:23 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Elmira Süleymanova

Zorakılıq qurbanı olanlar üçün regional sığınacaqlar yaradıla bilər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
31 0 0

“İnsan hüquqlarının qorunması üçün 700-dən artıq təklif irəli sürmüşük" - Elmira Süleymanova

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. "Zorakılıq qurbanı olan şəxslər üçün regional sığınacaq mərkəzlərinin yaradılması diqqətimizdədir. Bununla bağlı olaraq biz artıq hökumətə təkliflərimizi də vermişik”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu gün keçirilən "Gender bərabərliyi və media" mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

O, insan hüquqlarının qorunması üçün irəli sürülən digər təkliflərdən də söz açıb: “İnsan hüquqlarının qorunması üçün 700-dən artıq təklif irəli sürmüşük. Bu təkliflərimiz zamanla qəbul edilir”.

Ombudsman qadın və uşaq zorakılığının qarşısının alınması üçün davamlı olaraq işlərin görüldüyünə də diqqət çəkib.

Əsas mövzular