CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Burada 5 nəfər qızıq, hər yerdən it tutub gətirmək imkanımız yoxdur"

© Sputnik / Irade CELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru - Sputnik Azərbaycan
Abunə olmaq
Nigar Əliyeva: "Heyvanları öldürmək, yaxud da onları susuz, yemsiz, kimsəsiz bir yerə buraxmaq düzgün deyil"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi hazırlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, ölkə başçısı İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təsdiqinə dair 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramında bu məsələ nəzərdə tutulub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

Bu nəzarət mexanizmində nələrə diqqət yetirilməli, hansı amillər rəhbər tutulmalıdır? BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyinin rəhbəri Nigar Əliyeva Sputnik Azərbaycan-a açıqlamasıda bu haqda danışıb.

O bildirib ki, bunun üçün ilk növbədə xüsusi saxlanc yerləri yaradılmalı, onların sayları artırılmalıdır: "Çünki heyvanları öldürmək, yaxud da onları susuz, yemsiz, kimsəsiz bir yerə buraxmaq düzgün deyil. Əsas çıxış yolu həmin heyvanların qısırlaşdırılmasıdır".

"Bundan sonra isə heyvanı elə götürüldüyü əraziyə buraxmaq olar. Çünki qısırlaşdırmaqla həm iti sakitləşdirmək, həm də bu heyvanların həddindən artıq çoxalmasının qarşısını almaq mümkün olur" - müsahibimiz vurğulayıb.

N.Əliyeva bu işlərlə məşğul olacaq birliklərin sayının artırılmasının bu sahədə yarana biləcək problemləri önləməyə töhfə verəcəyini qeyd edib: "Bizim kimi birliklərə ciddi dəstək yoxdur. Burada 5 qız çalışırıq, müxtəlif yerlərdən it tutub gətirmək imkanımız məhduddur".

"O səbəbdən yaxşı olardı ki, IDEA kimi təşkilatların sayı artırılsın. Onlar heyvanları qısırlaşdıraraq yenidən yerinə qaytarırlar. Belə işlər dövlət səviyyəsində həyata keçirilsə, bunun üçün xüsusi işçilər olsa, daha çox müsbət nəticə əldə etmək mümkün olar" - o əlavə edib.

Qeyd edək ki, həmsöhbətimizin rəhbəri olduğu sığınacaq Şamaxı yolunda, Pirkəşkül qəsəbəsində yerləşir. Hazırda sığınacaqda 120-dən artıq it var. Lakin onların maddi imkanları məhddudur. Aylıq olaraq 3500 manata yaxın xərcləri çıxır. Təkcə makaron və Sumqayıtdan topdan-pərakəndə qiymətə alınan 50 qəpiklik xüsusi yeməklərə görə ayda 400 manat xərcləməli olurlar.

Xəbər lenti
0